Kanadada milyonlarla hektar meşə yanır: Tüstüsü Nyu-yorku da bürüdü

15:00 7 İyun 2023

Kanadada eyni vaxtda yüzlərlə meşədə çıxan yanğınların tüstüsü ABŞ-ın bir neçə şəhərinə də keçib. Səmanı bürüyən narıncı rəngli duman səbəbindən havanın çirklənməsi milyonlarla insanın həyatını təhdid edir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Kanadadan gələn duman Nyu-yorku dünyanın ən çirkli havası olan şəhərlərin siyahısına salıb. Nyu-yorkun havası Hindistanın paytaxtı Dehlinin havası qədər kirlənib.

Hətta Nyu-yorkda bəzi məktəblər hava çirklənməsi səbəbindən tətil edib.

Qeyd edək ki, Kanadada 3.3 milyon hektar meşə sahəsi yanıb, 413 yanğın davam edir. Onlardan 249-u qarşısıalınmaz həddədir.

Səid İsaoğlu,

Sitat.info 



Xəbər xətti