Azərbaycanlı tələbənin Ukraynada əsir düşdüyü deyilir

11:58 19 Mart 2022

Neftçalalı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü iddia olunur.

Report- un Aran bürosunun məlumatına görə, rayonun Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amin oğlu orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub.

Doğmalarının dediyinə görə, artıq üç ildir universitet tələbəsi olan H.Abdullayev srağagün Mariupol şəhərində rus ordusunun əsgərləri tərəfindən girov götürülüb.

Hazırda tələbənin valideynləri və digər doğmaları çox narahatdır.

Onlar H.Abdullayevin xilas edilməsi üçün dövlət tərəfindən yardım istəyirlər.



Xəbər xətti