Ötən günlərdə qüvvəyə minən yeni terror qanunu ilə Türkiyəni NATO-ya inandırmağı planlaşdıran İsveç hökuməti indi də PKK terrorçusunu Türkiyəyə təhvil verməyə hazırlaşır.
Sitat.info xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzv olmağa qərar verən, lakin bu məsələdə Türkiyənin təsdiqini gözləyən İsveç bir müddət əvvəl terrorla bağlı yeni qanun qəbul edib.
İsveç hakimiyyəti PKK-ya yaxınlığı ilə tanınan Rojava Komitəsinin ötən həftəsonu təşkil etdiyi "Anti-Ərdoğan" nümayişinə icazə verərək, bu mövzuda sual işarələri yaratsa da, bu gün İsveçdən daha bir gözlənilməz addım atıb.
İsveç mediası qərarı "ilk" olaraq elan edib və İsveç Ali Məhkəməsinin PKK terrorçusunun Türkiyəyə ekstradisiyasına icazə verdiyini açıqlayıb.
Seymur Bənnayev
Sitat.info