Kahovka bəndinin vurulmasından sonra Ukraynada ekoloji fəlakət yaşanır

15:56 7 İyun 2023

Ukraynada Kahovka bəndinin vurmasından sonra bölgədə ekoloji problemlər yaşandı. 
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Ukraynada Kahovka Anbarı və Su Elektrik Stansiyasının (SES) qəzaya uğramasından sonra bölgədə ekoloji problemlər yaranıb.
Sosial şəbəkələrdə Dnepropetrovsk vilayətinin Dnepr çayının sahilində yerləşən Maryanske kəndində balıqların kütləvi ölümü ilə bağlı görüntü paylaşılıb.

Görüntüdə suyun çəkildiyi böyük bir sahədə bəziləri ölü, bəziləri isə susuzluqdan əziyyət çəkən çoxlu sayda balıq olduğu görünür.

Sosial şəbəkə istifadəçiləri kütləvi balıq ölümünün Kahovka bəndinin vurulması nəticəsində baş verdiyini iddia ediblər.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial media hesabında görüntünü paylaşaraq “Rusiya tərəfindən insanlığa qarşı törədilən ekoloji qırğın” ifadəsini işlədib.

 Kahovka bəndinin partlaması nəticəsində su basmış ərazilərdə içməli su problemi yaranıb.

Sosial şəbəkə istifadəçiləri Dnepropetrovsk vilayətinin Kriviy Riq şəhərinin sakinlərinin mağazalardan iri butulkalarla su alarkən görüntüsünü paylaşıblar. Görüntülərdə böyük su butulkalarının olduğu rəflər boşaldılıb.

Ukrayna hakimiyyəti Kahovka bəndinin istifadəçilərini içməli su ilə təmin etmək üçün işə başlayıb.

150 ton yanacaq Dnepr çayına qarışıb. 
Ukraynanın daxili işlər naziri İqor Klimenko dünən verdiyi açıqlamada Kahovka SES-in texnika hissəsinin dağıdılması nəticəsində 150 ​​ton mazutun Dnepr çayına qarışdığını bildirib.

Klimenko qeyd edib ki, lazımi avadanlıqla təchiz olunmuş qruplar ekoloji fəlakətin mümkün nəticələrini aradan qaldırmaq üçün işə başlayıb.

Kahovka SES-in vurulması nəticəsində 80-ə yaxın yaşayış məntəqəsi daşqın zonası elan edilib, bəndin vurulmasından sonra 24 saat ərzində 23 yaşayış məntəqəsi su altında qalıb.

Nərgiz, 

Sitat.info 



Xəbər xətti