Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, son 24 saat ərzində Ukrayna ordusu Baxmut istiqamətində bəzi yerlərdə 200-200
Sitat.info xəbər verir ki, Malyar, sosial media hesabından verdiyi açıqlamada ölkənin şərq cəbhəsindəki vəziyyəti dəyərləndirib.
Şərqin qarşıdurmaların episentri olmağa davam etdiyini bildirən Malyar: "Əsgərlərimiz Baxmut bölgəsində müdafiədən hücuma keçdi. Son gündə Baxmut istiqamətində bəzi yerlərdə 200 ilə 1100 metr arasında irəlilədik", - deyib.
Malyar Rusların sözügedən istiqamətdə müdafiəyə keçərək mövqelərini qorumağa çalışdıqlarını qeyd edib.
Rus təhlükəsizlik şirkəti “Vaqner”in muzdlularının bəzi arxa hissələrdə qaldığını vurğulayan Malyar, hazırda Rusiyanın nizami ordusunun hava-desant hücum bölmələrindən istifadə edərək döyüş əməliyyatları apardığını bildirib.
Seymur Bənnayev
Sitat.info