Körfəz Əməkdaşlıq Şurası: "Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsini dəstəkləyirik"

16:10 7 İyun 2023

 

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Mohammed al-Budeyvi bəyan edib ki, Körfəz Əməkdaşlıq Şurasının Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsini dəstəkləyir.

Sitat.info xəbər verir ki, "GCC" internet saytında yer alan xəbərə görə, Budeyvi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Körfəz Əməkdaşlıq Təşkilatının qərargahında Birləşmiş Millətlər Təşkilatının (BMT) Qara Dəniz Taxıl Təşəbbüsünün koordinatoru Abdullah Əbdüssamed Deşti ilə görüşüb.

Təhlükəsiz dəniz dəhlizi vasitəsilə Ukraynanın buğda, ərzaq məhsulları və gübrə ixracında son inkişaflar haqqında danışan ikili, Qara Dəniz Taxıl Təşəbbüsünün buğda və taxıl transferi üçün fəaliyyət mexanizmini və qlobal ərzaq təhlükəsizliyinin sabitliyinin qorunmasında əhəmiyyətini müzakirə ediblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti