Şimali Koreyalı haker qrupu Cənubi Koreya siyasətçilərinin elektron poçtlarını hədəfə alıb

16:15 7 İyun 2023

Şimali Koreyalı hakerlərdən ibarət “Kimsuki” qrupunun 2022-ci ildə Cənubi Koreyanın keçmiş nazirləri və nazir müavinləri də daxil olmaqla bir çox siyasətçinin elektron poçtlarını gizli şəkildə izlədiyi və şəxsi məlumatlarını oğurladığı bildirilir.

Sitat.info xəbər verir ki, "Kimsuki"nin sözügedən şəxslərin məlumatlarını oğurlamaq üçün diplomatiya və təhlükəsizlik mövzularında 150 siyasətçiyə saxta elektron məktublar göndərdiyi bildirilib.

Açıqlamada, haker qrupunun 2022-ci ilin aprel-iyul aylarında həmin şəxsləri saxta saytlara yönləndirmək üçün çaşdıran elektron məktublar göndərdiyi və 4-9 ay ərzində onları izlədiyi bildirilib.

Açıqlamada Cənubi Koreyanın kəşfiyyat təşkilatının "Kimsuky" tərəfindən göndərilən təxminən 5800 e-poçtu təhlil etdiyi və lazımi tədbirlər görüldükdən sonra bütün əməliyyatın arxasında sözügedən haker qrupunun olduğu müəyyən edilib.

Seul hökuməti iyunun 2-də "Kimsuky" qrupuna qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edib.

Google-un kibertəhlükəsizlik bölməsi Mandiant tərəfindən açıqlanan hesabatda "Kimsuky"nin Şimali Koreyanın nüvə proqramı ilə bağlı casusluq əməliyyatlarını maliyyələşdirmək üçün kriptovalyuta oğurladığı ortaya çıxıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti