Ukraynada su elektrik stansiyasına hücum: 1 ölü

16:16 7 İyun 2023

Rusiyanın müvəqqəti nəzarətində olan Xerson vilayətində Yebi Kaxovka Su Elektrik Stansiyasına edilən hücumda 1 nəfərin həyatını itirdiyi açıqlanıb. Ukrayna rəsmiləri bildiriblər ki, elektrik stansiyasında qaz sızması ehtimalı yüksəkdir.

Sitat.info xəbər verir ki, Ukraynanın Rusiyanın müvəqqəti nəzarətində olan Xerson vilayətində Dnepr çayı üzərində yerləşən “Nova Kaxovka” Su Elektrik Stansiyasına zərbə endirdikdən sonra regionda təhlükə artmaqdadır.

Məlumat verilib ki, suyun səviyyəsinin qalxmaqda davam etdiyi rayonda 2700 evi su basıb, 1300-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb, təsərrüfatlara suyun verilməsində problemlər yaranıb, 7 nəfər itkin düşüb. Təxminən 42 min insanın təhlükə altında olduğu hadisədən sonra 1 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti