İmamoğlu CHP sədrliyində dəyişiklik tələb edir: "Cəmiyyətin tələbinə qulaq tıxamaq olmaz"

16:41 7 İyun 2023

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu Kamal Kılıçdaroğlunun CHP sədrliyindən getməsini nəzərdə tutaraq dəyişiklik çağırışını təkrarlayıb. 

Sitat.info xəbər verir ki, seçkilərdən sonra "dəyişiklik" çağırışı ilə diqqət çəkən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu istəyini təkrarlayıb.

İmamoğlu, "Baş verənlər özünütənqid və analiz tələb edir. Həssas məqamlar var. Təəssüf ki, 9 ildə 3 seçkini uduzduq. Prezident seçkisini uduzduq"- deyib. 

İmamoğlunun açıqlamalarında diqqət çəkən məqamlar var:

"CHP Cümhuriyyət tarixinin ən önəmli siyasi partiyasıdır. Dövlətimiz, millətimiz mənim üçün hər zaman hər şeydən üstün olub. Mən dəfələrlə qeyd etmişəm ki, siyasi partiyalar xidmət vasitəsidir. Dəyişiklik məsələsi vacibdir, dəyişiklik çox vacib bir anlayışdır. Keçən həftə verdiyim açıqlamada mən əslində güclü dəyişiklikdən açıq şəkildə danışdım. Mən ümumi dəyişikliyi, anlayış dəyişikliyini, köklü və təfərrüatlı dəyişikliyi ehtiva edən anlayışları qeyd etdim. Mən dəyişiklik tələb etmək üçün ən güclü mövqedəyəm.

Biz hamımız bilirik ki, dəyişiklik təkcə idarə heyətinin və ya komitənin dəyişməsi ilə baş verməyəcək.

Cəmiyyət dəyişiklik istəyir, tək mən yox. Qulağını tıxayıb yola davam mümkün deyil. Hər kəsin nə istədiyini başa düşmək vacibdir. Bunları görməliyik.


Xüsusən də ölkəmizdə çox gənc əhalimiz var. Onların istəklərini görməzdən gəlmək olmaz. O gün nə demişdimsə, yenə eyni mövqedəyəm. Demokratiya bunun üçündür. Demokratiya dəyişikliyi ən ciddi şəkildə təsvir edir. Mən həmişə demişəm ki, həyatımızda ən vacib şey demokratiyadır. Bu ofis və ya idarə heyəti məsələsi deyil.

İdeallarım naminə üzərimə vəzifə götürməkdən çəkinmirəm, tərəddüd etmirəm. Mən də eyni yolla gedəcəm. Prosesi izləyirəm".

Nərgiz, 

Sitat.info 



Xəbər xətti