Türkiyədə təlim təyyarəsi qəzaya uğradı: yaralılar var - Foto

16:57 7 İyun 2023

Türkiyədə İstanbuldan havaya qalxan təlim təyyarəsi Aksaray şəhərinin Ortaköy mahalının Kırlı kəndi yaxınlığında boş sahəyə düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, qəza zamanı 2 pilotun yüngül xəsarət alıb.

Qəzaya təlim təyyarəsinin mühərrikində baş verən nasazlığın səbəb olduğu bildirilib.

Ayna Fərhad, 

Sitat.info 



Xəbər xətti