Ərdoğan Putin və Zelenski ilə danışdı: Kahovada bəndin partladılmasına görə kompensasiya məsələsi qaldırıldı

16:58 7 İyun 2023

Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Sitat.info xəbər verir ki, Türkiyə Rəyasət Heyətinin Rabitə Müdirliyindən verilən açıqlamaya görə, telefon danışığında Rusiya-Ukrayna müharibəsində baş verənlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, Kahovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün müharibə edən tərəflər, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə komissiya yaradıla bilər.

Türkiyə olaraq bu mövzuda əllərindən gələni etməyə hazır olduqlarını bildirən prezident Ərdoğan, taxıl dəhlizində olduğu kimi danışıqlar metodunun izlənilə biləcəyini də dilə gətirib.

Münaqişələr davam etdikcə hər gün baş verən insan tələfatlarının qarşısını almaq mümkün olmayacağını və buna görə də danışıqlara qayıtmaq fikrinin vacib olduğunu vurğulayan Ərdoğan, münaqişənin həlli və sülh  istiqamətində səylərini qətiyyətlə davam etdirəcəklərini bildirib. 

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı aparıb. 

Prezident Ərdoğan görüş zamanı Kahovka bəndində baş verən partlayışla bağlı hərtərəfli araşdırmanın şübhəyə yer qoymayacaq şəkildə aparılmasının vacib olduğunu bildirib.

Ərdoğan deyib ki, Rusiya və Ukrayna ekspertlərinin, Birləşmiş Millətlər Təşkilatının və Türkiyənin də daxil olduğu beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla biləcəyini deyib.

Bütün dünyanın Taxıl Konsensusunun davam etdirilməsinə verdiyi önəmi vurğulayan Prezident Ərdoğan, birgə səylərlə qurduqları razılaşmanın qlobal ərzaq böhranının həllində mühüm rol oynadığını vurğulayıb. 

Prezident Ərdoğan həmçinin Rusiya taxıl və gübrə ixracına maneələrin aradan qaldırılması üçün BMT ilə məsləhətləşmələrin davam etdirilməsindən faydalanacağını bildirib.

Türkiyə olaraq ədalətli sülhün bərqərar olması üçün lazımi səyləri göstərməyə davam edəcəklərini deyən Ərdoğan, qarşıdurmaların sona çatması üçün lazımi dəstəyi verməyə hazır olduqlarını bildirib.

Məğrur, 

Sitat.info 



Xəbər xətti