Rusiyanın bəndi vurması ayağına sıxması deməkdir – Gülər

17:43 7 İyun 2023

Xerson vilayətinin Dnepr çayı ilə bölünmüş sağ cinahı Ukraynanın, sol cinahı isə Rusiyanın nəzarəti altındadır.

Sitat.info xəbər verir ki, bunu türkiyəli politoloq Mehmet Çağatay Gülər Kaxovka SES-in partladılması ilə bağlı danışarkən deyib.

“2022-ci ilin noyabrında Rusiya Silahlı Qüvvələri qoşunlarını Xerson şəhərindən Dnepr çayının arxasına çəkməyi, çayı təbii sərhədə çevirməyi və müdafiəsi nisbətən asan olan ərazilərə yerləşməyi planlaşdırırdı. O vaxtdan bəri Dnepr çayının sol sahilindəki rus əsgərləri öz mövqelərini möhkəmləndirdilər. Bu baxımdan Rusiyanın bəndi partlatması həm də özünü ayağından vurmaq deməkdir. Yəni bu, çayın sol sahilində yerləşmiş əsgərlərini və aylarla qurduğu bütün hərbi istehkamları törətdiyi seldə itirməsidir”, - Gülər bildirib.



Xəbər xətti