Dəfələrlə bəyan etmişik ki, Bakı ilə İrəvan... - Zaxarova

18:34 7 İyun 2023

Dəfələrlə bəyan etmişik ki, ölkələrimizin bəyanatları əsasında Bakı ilə İrəvan arasında üçtərəfli formatda - Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzərində işləyirik.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Biz üçtərəfli bəyanatlar toplusunu proses üçün alternativsiz “yol xəritəsi” hesab edirik. Bu işin öz trekləri, danışıqlar prosesinin dinamikası, formatları və əlavə alətləri var. Biz heç nəyi məcbur etməyə çalışmırıq, plana əməl edirik”, - Zaxarova qeyd edib.



Xəbər xətti