NATO gələn həftə ən böyük hava təlimini keçirəcək

20:52 7 İyun 2023

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) gələn həftə Almaniya və Şərqi Avropada yarandığı gündən bəri ən böyük hava təlimini keçirəcək.

Sitat.info xəbər verir ki, NATO tarixinin ən böyük hava təliminə hazırlaşır.

12-23 iyun tarixləri arasında Almaniyanın ev sahibliyi edəcəyi “Hava Müdafiəçisi 23” təlimində 25 ölkədən 200-dən çox təyyarə və 10 min personal iştirak edəcək.

Təlim NATO üzvü olan istənilən dövlətə qarşı nümayəndəli hücuma cavab verəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti