Papa Fransiskin 3 saata yaxın davam edən əməliyyatı uğurlu keçib

22:51 7 İyun 2023

Katoliklərin ruhani lideri Roma Papası Fransisk qarnında yaranan yırtıqdan əməliyyat olunub. Təxminən 3 saat davam edən əməliyyatın uğurla başa çatdığı açıqlanıb.

Sitat.info xəbər verir ki, Katoliklərin ruhani lideri Roma Papası Fransisk əməliyyatdan çıxıb.

İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına qarındakı yırtıq səbəbiylə əməliyyat olunan katoliklərin ruhani lideri 86 yaşlı Papa Fransiskin əməliyyatının uğurlu keçdiyi açıqlanıb.

Vatikan açıqlamasında deyilib: "Əməliyyat tamamlandı. Problemsiz keçdi və üç saat çəkdi".

Papanın nə vaxt evə buraxılacağı açıqlanmasa da, Vatikan sözçüsü Matteo Bruni əməliyyatdan əvvəl verdiyi açıqlamada: "Cərrahiyə əməliyyatından sonra normal gediş və tam sağalma təmin etmək üçün səhiyyə müəssisəsində qalma bir neçə gün çəkəcək", - deyib.

İtaliya mətbuatında çıxan xəbərlərdə Papanın əməliyyatdan sonra qatılacağı və iyunun 18-dək təşkil edəcəyi bütün tədbirlərin ləğv edildiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti