Miqrasiya Təşkilatı: "Bu il 1000-dən çox miqrant Aralıq dənizini keçməyə çalışarkən həlak olub"

10:25 8 İyun 2023

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 2023-cü ilin əvvəlindən Aralıq dənizini keçməyə çalışan qeyri-qanuni miqrantların 1000-dən çox ölümünün qeydə alındığını bildirib.

Sitat.info xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Twitter hesabında bu il Aralıq dənizində həyatını itirən miqrantlarla bağlı paylaşım edilib.

İlin əvvəlindən bu yana Aralıq dənizində 1000-dən çox qeyri-qanuni miqrant ölümünün qeydə alındığı bildirilən yazıda bunun ötən ilin eyni dövrü ilə müqayisədə üçdə bir artım olduğu qeyd edilib.

Yazıda qeyd edilib ki, bir çox miqrantların çağırışları eşidilməyib və onların ölümləri qeydə alınmayıb. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti