Rusiyadan Türkiyə açıqlaması: "Münasibətlərdə Ərdoğanın açıqlamalarına diqqət yetiririk"

11:31 8 İyun 2023

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, onlar prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə ilə münasibətlərdə qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək niyyəti ilə bağlı bəyanatlarına diqqət yetirirlər.

Sitat.info xəbər verir ki, Zaxarova həftəlik mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb.

Türkiyədə yeni hökumətin Rusiya və ABŞ ilə balanslı münasibətləri saxlamasını gözləyib gözləmədiyi ilə bağlı sualı cavablandıran Zaharova, ilk növbədə Türkiyənin seçilmiş prezidenti Ərdoğanın Rəsmi Ankaranın Rusiya ilə iki ölkənin xalqlarının əsas ehtiyaclarını qarşılayan, qarşılıqlı mənfəəti və çoxtərəfli əməkdaşlıqları inkişaf etdirməyə davam etmək niyyətində olduğu ilə bağlı açıqlamalarına diqqət yetirdiklərini bildirib. 

Mətbuat katibi Zaxarova deyib: "Belə konstruktiv mövqeyi alqışlayırıq. Öz tərəfimizdən belə ikili anlaşmanın həyata keçirilməsini təşviq edəcəyik və ortaya çıxacaq nəticələri izləyəcəyik".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti