NATO tarixində ən böyük hava təlimi iyunun 12-də başlayır

13:16 8 İyun 2023

NATO tarixinin ən böyük hava qüvvələri təlimi olan "Air Defender 23", 25 ölkədən 250 təyyarə və 10 min personalın iştirakı ilə 12-23 iyun tarixlərində Almaniyanın ev sahibliyi ilə Avropa hava məkanında keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələri (Bundesver) verib.

Bildirilib ki, NATO tarixində ən böyük hərbi hava qüvvələri təliminin məqsədi iştirakçı ölkələr arasında əməkdaşlığın optimallaşdırılması və genişləndirilməsinə yönəlib. Təlim ssenarisinin NATO-nun 5-ci maddə yardım ssenarisinə uyğun modelləşdiriləcəyi və böhran vəziyyətində hava qüvvələrinin birgə cavab qabiliyyətinin tətbiq ediləcəyi bildirilib. Təlim zamanı Almaniyanın müxtəlif nöqtələrində ölkədən 23 müxtəlif tipli təyyarələr yerləşdiriləcək. Təlimdə iştirak edən ölkələr arasında alyansa yeni qoşulan Finlandiya ilə yanaşı, Türkiyə də var.

ABŞ-ın Almaniyadakı səfiri Amy Qutmann sosial media hesabında: “Putinin Ukraynaya qarşı amansız müharibəsi qarşısında bu cür təlimlər həmişəkindən daha vacibdir”, - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti