Vaxt yoxdur, SEPAH-la bağlı qərar verilməlidir - Britaniya

13:45 8 İyun 2023

Britaniya parlamentində İranla, SEPAH-ın təxribatçı əməlləri ilə bağlı iclas keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə Britaniya parlamentinin üzvü Brendan Klark Smit mediaya məlumat verib.

Bildirib ki, iclasda nümayəndələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bütün dünyada, Yaxın Şərqdə, hətta Britaniya torpaqlarında təxribatçı əməllərini sadalayıb, SEPAH-ın terrorçu elan edilməsi ilə bağlı təkrar tələblər irəli sürüblər:

“İran Britaniyanın milli maraqları və daxili təhlükəsizliyi üçün ən böyük təhdidlərdən biridir. Lakin beynəlxalq ictimaiyyət uzun müddətdir ki, Tehranın fundamentalist rejiminə qarşı qeyri-müəyyən və yanlış yanaşma nümayiş etdirir. Bu qeyri-müəyyən yanaşma nəticəsində İran nüvə sazişini kobud şəkildə pozub, regional təsir imkanlarını və terrorizmə dəstəyini genişləndirib, cəzasız qaldığı üçün öz vətəndaşlarına qarşı şiddətli repressiyalara əl atıb”.

İran hakimiyyətinin nüvə silahı əldə etməyə yaxın olduğunu vurğulayan Smit Co Baydenin bu məsələdə kəskin mövqe nümayiş etdirməməsini tənqid edib:

“İndi sual yaranır: biz nəyi gözləyirik? SEPAH-ın fəaliyyəti genişlənir və bundan irəli gələn təhdidlərə görə bütün Böyük Britaniyada narahatlıqlar artır. Ukrayna məsələsi ilə bağlı olduğu kimi, bu məsələdə də qəti addım atmalıyıq. Vaxt itirmədən SEPAH-ın terror təşkilatı elan edilməsini tələb edirik”.



Xəbər xətti