Lukaşenko: 200 texnika, 2 min hərbçi məhv edildi

14:00 8 İyun 2023

Ukrayna tərəfi üç günlük əks-hücumu gizlətmək üçün Kaxovka su elektrik stansiyasını partladıb.

Sitat.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Kaxovka SES-ə “Olxa” reaktiv yaylım atəş sistemləri ilə atəş açıblar:

“Ukrayna tərəfinə əks-hücumun 3 gününü gizlətmək lazım idi. Orada Ukraynanın iki yüz zirehli maşını və 2 min hərbçisi məhv edilib. Ona görə də hamı Kaxovkadan danışır, itkilərdən yox. Amma hər şey görünür axı”, - Lukaşenko bildirib.



Xəbər xətti