Təcili: Nazirlərin Vaşinqton görüşü təxirə salındı

14:31 8 İyun 2023

Azərbaycan və Ermənistan XİN başçılarının 12 iyunda Vaşinqtonda nəzərdə tutulan görüşü təxirə salınır.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.

“Bildiririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır.

Görüşün yeni tarixləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - XİN sözçüsü sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan XİN məsələ ilə bağlı hələ açıqlama yaymayıb.



Xəbər xətti