Xersonun Rusiyanın nəzarətində olan ərazilərində xilasetmə işləri davam edir

14:50 8 İyun 2023

Ukraynada Kaxovka bəndinin vurulması nəticəsində baş verən daşqından sonra Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Xerson vilayətində Rusiyanın nəzarətində olan ərazilərdə axtarış-xilasetmə işlərini davam etdirir.

Sitat.info xəbər verir ki, FHN-in verdiyi açıqlamada Krımdan göndərilən 45 nəfərlik axtarış-xilasetmə qrupunun 70-i uşaq olmaqla 300 nəfəri xilas etdiyi bildirilib.

Ukrayna prezidenti Volodimir Zelenski və digər rəsmi Ukrayna qurumları bəndin dağılmasında Rusiyanı günahlandırıb və bunun “Rusiyanın terror aktı” olduğunu bəyan ediblər.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın əks-hücumunda uğursuzluğa düçar olduğunu və Xerson istiqamətində mövqelərini möhkəmləndirməyə çalışdığını, Rusiyanın isə onun hücumlarının qarşısını almaq üçün bəndi dağıtdığını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti