Zelenski övladlarının harada olduğunu açıqladı

14:51 8 İyun 2023

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın Bild qəzetinə verdiyi yeni müsahibəsində uşaqları haqqında danışıb və onların harada olması barədə suala cavab verib.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti uşaqlarının öz ölkəsində olduğunu deyib. 

O qeyd edib ki, oğlu Kirill və qızı Aleksandra xaricə gedə bilərdilər, lakin bu, övladları cəbhəyə gedən digər insanlara qarşı ədalətli davranış olmazdı.

Buna görə də onun varisləri Ukraynada qalıb. Üstəlik, prezident deyib ki, onun və həyat yoldaşının övladlarını xaricə necə göndərəcəkləri barədə heç bir fikri yoxdur.

"Uşaqlarım Ukraynadadır, oğlumun 10 yaşı var, o da Ukraynadadır. O, bu gün xaricə gedə bilərdi, amma belə olmaz. Çünki mənim və ya həyat yoldaşımın bu haqda heç bir fikri yoxdur. Kimsə uşağını döyüşə göndərir, cəbhə üçün göndərir. Bizim uşaqlarımız isə xaricdə hardasa dənizdə olacaq. Bu doğru deyil". 

Nərgiz, 

Sitat.info 

 



Xəbər xətti