Volodimir Zelenski Xersondadır

15:00 8 İyun 2023

Ukrayna prezidenti Volodimir Zelenski Kaxovka bəndinin uçmasından sonra daşqın baş verən Xersona səfər edib.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Zelenski rəsmi Telegram hesabında paylaşım edib: “Mən Xersonda insanların daşqın zonalarından təxliyə olunduğu keçid məntəqəsinə baş çəkdim. Missiyamız insanların həyatını qorumaq və onlara mümkün qədər kömək etməkdir. Xilasetmə qruplarına, könüllülərə və bu araşdırmada iştirak edən hər kəsə təşəkkür edirik. Dəymiş ziyanın hesablanması və təbii fəlakətdən zərər çəkmiş sakinlərin ziyanının ödənilməsi üçün vəsaitin ayrılması və itkilərin ödənilməsi və ya Xerson ərazisində müəssisələrin yenidən bərpası proqramının hazırlanması vacibdir”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti