Rusiya: "Asiyaya neft nəqlimiz Avropaya nəql olunan nefti üstələyib"

16:56 8 İyun 2023

Rusiya baş nazirinin müavini Aleksandr Novak, ölkəsinin keçən il təxminən 40 milyon ton neft və neft məhsulunu qərb bazarlarından şərq bazarlarına yönləndirdiyini ifadə edərək deyib: “2022-ci ilin may ayına olan məlumata görə, Rusiyanın Asiyaya neft nəqli ilk dəfə Avropaya göndərilən neftin həcmini üstələyib".

Sitat.info xəbər verir ki, Novak Rusiya Energetika Nazirliyinin dəstəyi ilə nəşr olunan “Enerji Siyasəti” jurnalı üçün yazdığı məqalədə qlobal enerji sektorunda baş verən hadisələrlə bağlı qiymətləndirmələr aparıb.

Keçən il qlobal neft tələbinin gündəlik 99,6 milyon barrel olduğunu açıqlayan Novak deyib: "Tələbin bu il gündəlik 101,9 milyon barrelə yüksəlməsi gözlənilir. Tələbin artmasında Asiya-Sakit okean ölkələri mühüm rol oynayacaq. Bütün proqnozlara görə, neftə tələbat 2030-cu ilə qədər artacaq".

Qərb ölkələrinin sanksiyaları səbəbiylə Rusiyanın Asiya bazarlarına neft nəqlini əhəmiyyətli dərəcədə artırdığını vurğulayan Novak bildirib ki, 2022-ci ilin may ayı etibarilə Rusiyanın Asiyaya neft nəqli ilk dəfə Avropaya göndərilən həcmləri üstələyib. Dost ölkələr üçün neft nəqlimiz 2022-də 76%, neft məhsulları ixracatımız isə 20% artıb. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti