Qərb İran və Rusiyaya görə bizə təzyiq edir – Sərkisyan

18:44 8 İyun 2023

Anti-Rusiya sanksiyaları kontekstində Qərbdən Ermənistana təzyiq riski mövcud olub və olmaqda davam edir.

Sitat.info xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Tiqran Sərkisyan deyib.

O, belə bir riskin anti-İran sanksiyalarının pik nöqtəsində də mövcud olduğunu xatırladıb.

“Lakin İran Ermənistanın ən yaxın qonşusudur və sanksiyalara baxmayaraq, onunla heç vaxt iqtisadi əlaqələrini kəsməyib. İqtisadi əməkdaşlığın inkişafı Ermənistanın maraqlarından irəli gəlir. Eyni şey indi də Rusiya iqtisadiyyatına qoyulan məhdudiyyətlər fonunda belədir. Ermənistan mövcud vəziyyətdən maksimum fayda əldə etmək üçün hər şeyi etməlidir. Və deməliyəm ki, o, bu faydanı alır", - Sərkisyan bildirib.

O əlavə edib ki, anti-Rusiya sanksiyaları Ermənistan həm risklər, həm də yeni imkanlar yaradır.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Ceyms Obrayen bildirib ki, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan Rusiyaya bütün qadağalardan yan keçməyə kömək edir.



Xəbər xətti