Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edir

20:26 8 İyun 2023

Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyinə görə İngiltərə Belarusa idxal qadağaları da daxil olmaqla yeni sanksiyalar, həmçinin Belarus media şirkətlərinin təbliğat aparmasının qarşısını almaq üçün tədbirlər görüb.

Sitat.info xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyi verdiyi açıqlamada, Rusiyanın Ukraynaya təcavüzünü aktiv şəkildə asanlaşdırmağa davam etdiyi səbəbiylə Belarusa qarşı daha çox sanksiya qərarının verildiyini açıqlayıb.

Açıqlamada bildirilib ki, sözügedən yeni sanksiyalar paketi Belarusdan qızıl, sement, ağac və rezin idxalına qoyulan qadağaları əhatə edir.

Bundan əlavə, Belarusun yalan xəbərlər yaymaqda davam etdiyinə toxunan bəyanatda qeyd edilir ki, Belarusun təyin olunmuş media qurumlarına Böyük Britaniyada onlayn da daxil olmaqla təbliğatı əngəlləmək səlahiyyəti verilib.

“Belarus rejimi öz ərazisindən və hava məkanından Rusiyaya Ukraynaya qarşı raket və pilotsuz uçuş aparatlarından zərbələr endirmək, habelə Rusiya qüvvələrinə əhəmiyyətli təlim və maddi-texniki dəstək göstərmək üçün istifadə etməyə icazə verib”, - bəyanatda deyilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti