Kanadada yanğınların səbəb olduğu tüstü səbəbindən Nyu-Yorkda bəzi məktəblər bağlanıb

20:31 8 İyun 2023

Kanadada havanı çirkləndirən meşə yanğınlarının tüstüsü səbəbindən ABŞ-ın Nyu-York ştatında bəzi məktəblər bağlanıb.

Sitat.info xəbər verir ki, milli mətbuatda əksini tapan xəbərə görə, Kanadada baş verən meşə yanğınlarından sonra Nyu-Yorkun Long Island bölgəsindəki iki məktəb rəhbərliyinə bağlı ibtidai təhsil müəssisələri qeyri-sağlam hava şəraiti səbəbindən təhsili dayandırıb.

Təhsili davam etdirən məktəblər açıq hava fəaliyyətini məhdudlaşdırmağa qərar verib.

Səhiyyə rəsmiləri qeyd ediblər ki, havanın tənəffüsünə görə gözlərin yanması, nəfəs darlığı, öskürək və asqırma kimi simptomlar görünə bilər.

Rəsmilər vətəndaşları evdə qalmağa və kondisionerdən istifadə etməyə çağırıb.

Nyu-York qubernatoru Keti Hochul dünən bir milyon N95 maskasının paylandığını açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti