ÜST: "Kaxovka bəndinin dağılması böyük dağıntılara səbəb oldu"

21:37 8 İyun 2023

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus bəyan edib ki, iyunun 6-da Ukraynada Kaxovka bəndinin dağılması böyük ziyan vurub.

Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus ÜST-nin qlobal sağlamlıq problemləri ilə bağlı keçirdiyi mətbuat konfransında qiymətləndirmələr aparıb.

Ekvatorial Qvineyanın bu gün ölkədə Marburq virusu epidemiyasının sona çatdığını açıqladığını bildirən Ghebreyesus, ölkədə indiyədək 17 hadisənin qeydə alındığını, Marburq virusuna görə 12 nəfərin həyatını itirdiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti