BMT: "Kaxovka bəndinin dağılması nəticəsində 16 min insan zərər çəkib"

21:51 8 İyun 2023

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ukraynadakı Kaxovka bəndinin dağılmasından sonra 16 min insanın zərər çəkdiyini və bu səhərə olan məlumata görə, 1995 nəfərin bölgədən təxliyə edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) sözçüsü Şabia Mantu Ukraynanın Xerson vilayətində dünən Kaxovka bəndi və Su Elektrik Stansiyasında (SES) baş verən qəzadan sonra son vəziyyətlə bağlı qiymətləndirmələr edib.

Su bəndinin uçması ilə bölgədəki yaşayış məntəqələrinin su altında qalmasının dəhşətli olduğunu qeyd edən Mantu: “Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə təxminən 16 min insanın daşqından zərər çəkdiyi, 1995 nəfər səhər yerli vaxtla saat 08:00-dan etibarən təxliyə edildiyi və ya bölgəni tərk etdiyi, yüz minlərlə insanın içməli suya çıxışının olmadığı aidiyyəti qurumlar tərəfindən bildirib", - deyib.

Mantu qeyd edib ki, Rusiyanın müvəqqəti hərbi nəzarəti altında olan ərazilərdə humanitar yardım təşkilatlarına çıxışı olmayan minlərlə və daha çox insan hadisədən zərər çəkib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti