Tayvan Müdafiə Nazirliyi dünən səhər saatlarından bu gün səhərədək adanın ətrafında Çinə məxsus 37 hərbi təyyarə və 5 döyüş gəmisinin aşkar edildiyini bildirib.
Sitat.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, Tayvanın "Hava Hücumundan Müdafiə Zonası" (ADIZ) elan etdiyi bölgədə 37 təyyarənin uçuş etdiyi bildirilib.
Açıqlamada 12 "J-10", 14 "J-16" döyüş təyyarəsi, 4 "H-6" bombardmançı təyyarəsi, 2 "Y-20" havada yanacaq dolduran təyyarə, 2 "Y-9" nəqliyyat təyyarəsi, 2 "KJ-500” erkən xəbərdarlıq təyyarəsi və “WZ-7” tipli silahlı dron ADİZ-in cənub-şərq və cənub-qərb hissələrinə daxil olduğu bildirilib.
Seymur Bənnayev
Sitat.info