Kanadada meşə yanğınları tüstüsünün yaratdığı təhlükəli hava səbəbi ilə Nyu-Yorkun bəzi ev sahibləri evlərini təcili satışa çıxarıblar.
Sitat.info xəbər verir ki, Kanadada alovdan yüksələn tüstü küləyin təsiri ilə Nyu-York və Filadelfiya şəhərləri başda olmaqla bir çox bölgəni bürüyüb.
Nyu-Yorkda hava çirkliliyi indeksinin normadan 8 dəfə çox olduğu açıqlanıb.
Tüstü siqnalı "fövqəladə böhran" kimi təsvir edilib. Əhaliyə “evdə qal” çağırışı edilib.
Seymur Bənnayev
Sitat.info