Bu tarixdə məhdudiyyət olacaq - Nazirlik vətəndaşlara MÜRACİƏT ETDİ

14:45 19 Mart 2022

Martın 20-27-si aralığında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt-sistemlərinə giriş məhdudlaşdırılacaq.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat yayılıb. 

Bildirilir ki, ƏƏSMN-nin mövcud informasiya texnologiyaları infrastrukturunun 20-27 mart tarixlərində “AzInTelecom” MMC-nin “Hökumət buludu”na keçidi ilə əlaqədar Nazirliyin e-informasiya sistemlərində (altsistemlər, elektron xidmətlər, internet, lokal şəbəkə və s.) həmin tarixdə məhdudiyyət olacaq.

Keçid prosesi təmin olunduqdan sonra məhdudiyyət aradan qalxacaq.



Xəbər xətti