NASA mayda xəbərdarlıq etdi: "El Nino" başladı...

14:05 9 İyun 2023

Dünyada istiləşməyə səbəb olan "El Nino" hava hadisəsinin başladığını açıqlayan ABŞ rəsmiləri 2024-cü ilin dünyanın ən isti ili olacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, Sakit okeanda "El Nino" hava hadisəsi başlayıb.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (MOAA) verdiyi açıqlamada bütün planetə təsir edən hava hadisəsinin önümüzdəki aylarda tədricən təsirini artıracağı bildirilib. MOAA-nın İqlim Mütəxəssisi Mişel L'Heureux verdiyi açıqlamada "El Nino"nun gücündən asılı olaraq dünyanın bəzi yerlərində quraqlıq riskinin artması və güclü yağış kimi müxtəlif mənfi təsirlərə səbəb ola biləcəyini və temperatur rekordunun yaşana biləcəyini söyləyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti