Rusiya səfirinin ölkədən qovulmasını istəyirəm - Moravetski

16:08 9 İyun 2023

Rusiyanın Varşavadakı səfirinin ölkədən çıxarılmasının tərəfdarıyam.

Sitat.info xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

Moravetski bildirib ki, Polşa və Rusiya dərin münaqişə vəziyyətindədir:

“Bəllidir ki, əgər biz səfiri qovsaq, onda Polşanın Moskvadakı diplomatik missiyası, Rusiyada yaşayan polyaklara kömək edən platforma ləğv olunacaq”.



Xəbər xətti