Ukrayna-Rusiya müharibəsində ayağını itirən iki ukraynalı əsgər müalicə olunmaq üçün paytaxt Tokioya gətirilib.
Sitat.info xəbər verir ki, Yaponiyanın Kiyevə dəstəyi Rusiyanın Ukraynaya hücumlarından sonra da davam edir. İki ukraynalı əsgər Yaponiya Özünümüdafiə Qüvvələrinə (YÖQ) aid xəstəxanada müalicə olunmaq üçün paytaxt Tokioya gətirilib. Bildirilib ki, biri bir ayağını, digəri isə 2 ayağını müharibədə itirmiş 2 əsgərə reabilitasiya prosesi tətbiq olunacaq, protez ayaqları taxılacaq.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı işğal cəhdi qarşısında Yaponiya Qərb dünyasının tərəfini tutdu və Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq etdi. Ukraynaya humanitar yardım edən Tokionun yaralı ukraynalı əsgərləri ölkədə müalicə etməyə qərar verdiyi də açıqlanıb.
Seymur Bənnayev
Sitat.info