Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada Kaxovka bəndinin dağılmasından sonra 17 min insanın daşqından zərər çəkdiyini və bu rəqəmin 40 minə yüksələ biləcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, BMT-nin Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Departamentinin rəhbəri Rolando Qomezin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu bildirib ki, Kaxovka bəndinin dağılmasından sonra 60 kilometr uzaqlıqda yerləşən Xerson şəhərini, eləcə də bölgədəki yaşayış məntəqələrini su basması dəhşətlidir.
"Ukrayna hakimiyyətinin məlumatına görə, Xerson vilayətində 80 şəhər və kənd, eləcə də minlərlə hektar kənd təsərrüfatı sahəsi su altında qalıb. Bölgədə 17 minə yaxın insanın daşqınlardan zərər çəkdiyi bildirilir. Lakin bunun təxminən 40 min nəfərə qədər arta biləcəyi gözlənilir", - Mantu deyib.
Seymur Bənnayev
Sitat.info