Putin Belarusda nüvə silahının yerləşdirilmə vaxtını dəqiqləşdirdi: "Hər şey plan üzrə gedir"

16:53 9 İyun 2023

Kreml diktatoru Vladimir Putin Aleksandr Lukaşenkoya Belarus ərazisində nüvə silahının nə vaxt yerləşdiriləcəyi barədə məlumat verib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı iyunun 9-da Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə  görüşü zamanı deyib. 

"Hər şey plan üzrə gedir. Bildiyiniz kimi, iyulun 7-8-də müvafiq obyektlərin hazırlanması başa çatacaq və biz dərhal ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı fəaliyyətlərə başlayacağıq", - Putin deyib.

"Hər şey plan üzrədir, hər şey stabildir. Hər zaman danışılası bir şey var", - Putin əlavə edib.

Ayna Fərhad

Sitat.info



Xəbər xətti