Rusiya bu sazişin şərtlərinə əməl etmir - NATO bu fəaliyyətsizliyi pisləyir

19:48 9 İyun 2023

NATO Rusiyanın Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Sazişdən çıxmasını pislədiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamada Rusiyanın uzun illərdir razılaşmadan irəli gələn öhdəliklərinə əməl etmədiyi vurğulanıb.

“Rusiyanın Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Sazişindən çıxmaq qərarı Avro-Atlantik təhlükəsizliyi sistematik şəkildə pozan bir sıra hərəkətlərin sonuncusudur”, - bəyanatda deyilir 

"Dəfələrlə Rusiyanı müqaviləyə əməl etməyə çağırmışıq", - bəyanata daxil edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti