Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sitat.info-ya daxil olan məlumata görə, nəticədə ana dünyasını dəyişib.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirdi ki, qadın atraksiondan yıxılaraq xəsarət alıb, daha sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Hazırda faktla bağlı prokurorluqda araşdırma aparılır.
Həyatını itirən qadınla bağlı isə TƏBİB-ə sorğu ünvanladıq.
Birliyin mətbuat xidmətindən Sitat.info-ya verilən məlumata görə, həkim tərəfindən müayinə olunan pasiyentə kəllə-beyin travması, alt çənə sümüyünün açıq sınığı, sağ bazu sümüyünün açıq yerdəyişmiş sınığı, qarnın küt travması, daxili qanaxma və travmatik şok diaqnozu qoyulub:
"Pasiyent əməliyyat olunub və Reanimasiya şöbəsinə köçürülüb.
Aparılmış kompleks tibbi müdaxilələrə baxmayaq 09.06.2023-cü il tarixində saat 07:40-da pasiyentin bioloji ölümü baş verib. Meyit təşrih olunması üçün Patoloji Anatomik Ekspertiza Mərkəzinə verilib.
Hazırda araşdırma gedir".