Ukrayna Rusiyanın ilk müdafiə xəttini keçdi - Britaniya

12:41 10 İyun 2023

Cəbhənin bəzi bölgələrində Ukrayna Silahlı Qüvvələri yəqin ki, əhəmiyyətli irəliləyiş əldə edərək Rusiya müdafiəsinin birinci xəttini keçə bilib.

Sitat.info xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son iki gündə Ukraynanın şərqində və cənubunda müəyyən sektorlarda ukraynalı hərbçilər mühüm addımlar atıb:

“Bəzi bölgələrdə Ukrayna qüvvələrinin əhəmiyyətli irəliləyiş əldə etdiyi və Rusiyanın ilk müdafiə xəttini pozduğu görünür. Digər ərazilərdə isə Ukrayna qoşunları daha ləng hərəkət edir”.



Xəbər xətti