Daha bir yaşayış məntəqəsinə Ukrayna bayrağı sancıldı

10:17 12 İyun 2023

Ukrayna müdafiəçiləri Donetsk vilayətində irəliləməyə davam edir.

Sitat.info BAKU.WS-ə istinadən xəbər verir ki, dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadası Donetsk vilayətinin Strojevoe kəndini azad etdiklərini açıqlayıb.

Məlumata görə, qəsəbə 2022-ci ilin martından işğal altındadır.

Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb.

Qəsəbənin işğaldan azad edilməsini Ukrayna Müdafiə Nazirliyi də təsdiqləyib.



Xəbər xətti