Rusiya ilə Ukrayna arasında son əsir mübadiləsində 189 əsgər evlərinə qayıdıb.
Sitat.info xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak 95 ukraynalı əsgərin Rusiyadan çıxarıldığını açıqlayıb.
Yermak deyib: "95 insanımızı evlərinə qaytarırıq. Ukrayna prezidenti Volodimir Zelenskinin "hamını geri qaytarmaq" missiyasını yerinə yetirməyə çalışırıq".
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada: "Danışıqlar prosesi nəticəsində əsir düşən və ölüm təhlükəsi ilə üzləşən 94 rus əsgəri Kiyev rejiminin nəzarətində olan ərazidən geri gətirilib. Azadlığa buraxılanlara lazımi tibbi və psixoloji dəstək veriləcək", - deyə qeyd olunub.
Seymur Bənnayev
Sitat.info