Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün xarici səfərlərinə başladı.
Sitat.info xəbər verir ki, onun səfər etdiyi ilk ölkə ənənəvi olaraq Şimali Kipr Türk Cümhuriyyəti olacaq. Ərdoğan bu gün Şimali Kiprə gedəcək, bu ölkənin prezidenti Ersin Tatarla görüşəcək.
Ərdoğan sabah Azərbaycana rəsmi səfərə gələcək və prezident İlham Əliyevlə görüşəcək. Əliyevlə Ərdoğan Azərbaycan-Ermənistan münasibətlərindəki gəlişmələri və Cənubi Qafqazda sülhün əldə olunması barədə danışacaqlar.
Nərgiz,
Sitat.info