İngiltərədə dəhşətli istilər: Hərbi mərasimdə əsgərlər huşunu itirib yıxıldı

11:41 12 İyun 2023

İngiltərədə havanın temperaturu bu il ilk dəfə olaraq 30 dərəcəni keçib, insan arasında küçədə huşunu itirib yıxılanlar olub.  Sitat.info xarici mediaya istinadən xəbər verir ki, paytaxt Londonda termometr 30,5 dərəcə göstərərkən, Uels qvardiyasının fəxri polkovniki Şahzadə Uilyam tərəfindən 1400-dən çox əsgərin yoxlama mərasim olub.

Mərasim zamanı istidən 3 əsgərin huşunu itirdiyi bildirilir. Şahzadə Uilyam daha sonra sosial mediada əsgərlərin çətin şəraitdə "həqiqətən yaxşı dözdüklərini" söyləyib. 


Şotlandiyanın indiyədək ilin ən isti gününü yaşadığı İnverness yaxınlığında meşə yanğını ilə mübarizə aparıldığı üçün ictimaiyyətə şənbə axşamı çölə çıxmamaq barədə xəbərdarlıq edilib.

Şotlandiyanın Ayrşir qraflığında temperaturun 27, İnvernessdə isə 23 dərəcəyə çatdığı bildirilib.

Məğrur, 

Sitat.info 



Xəbər xətti