Pakistanda qasırğa nəticəsində ölənlərin sayı 32-yə çatıb

11:53 12 İyun 2023

Pakistanın Xeybər Paxtunxva əyalətində ötən gün yağan güclü yağış və dolu nəticəsində həyatını itirənlərin sayı 32-yə yüksələrkən, 145 nəfərin yaralandığı açıqlanıb.

Sitat.info xəbər verir ki, Pakistanın Xeybər Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində dəyən zərər artır.

Ötən gün ölkə ərazisində yağan güclü yağış və dolu nəticəsində insan tələfatı 19-dan 32-yə yüksəlib. Xilasedici Xatir Əhməd bildirib ki, Xeybər Paxtunxva əyalətinin Bannu, Lakki Marvat və Karak rayonlarına yağış və dolu düşüb, yıxılan ağacların elektrik qüllələrini yıxması nəticəsində 145 nəfər xəsarət alıb. Pakistanın şimal-qərb bölgələrində təsirli olan yağıntılar evlərə və yollara böyük ziyan vurub. Rəsmilər yaralılara təcili yardım göstərmək üçün çalışdıqlarını bildiriblər.

Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Ərəb dənizindən yaxınlaşan “Biparjoy” qasırğası ilə əlaqədar rəsmilərə təcili tədbirlər görməyə göstəriş verib. Pakistan Fəlakət İdarəsi Agentliyi, saatda 150 kilometr sürətlə şiddətli və sıx bir siklonun ölkənin cənubuna doğru irəlilədiyini açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti