Yaponiyanın şimal bölgəsi olan Hokkaydo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (YMA) məlumatına görə, Hokkaydo adasının Urakava sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 18:55-də və 140 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.
Zəlzələnin bütün Hokkaydo və Aomori, İvate və Miyaqi əyalətlərində hiss edildiyi qeyd edilib.
Hokkaydo Elektrik Enerjisi (HEPCO) əyalətdəki Tomari Atom Elektrik Stansiyasında heç bir anomaliya olmadığını bildirib.
Seymur Bənnayev
Sitat.info