İzmirdə narkotik əməliyyatlarında 83 həbs olundu

15:15 12 İyun 2023

İzmirdə 28 may-10 iyun tarixləri arasında həyata keçirilən narkotik əməliyyatları zamanı nəzarətə alınan 83 şübhəli həbs edilib.

Sitat.info xəbər verir ki, Rayon Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları narkotiklərlə mübarizə çərçivəsində 28 may-10 iyun tarixləri arasında şəhər daxilində 109 əməliyyat keçirib.

Əməliyyatlar zamanı saxlanılan 156 şübhəlidən 83-ü həbs edilib.

Axtarışlar zamanı çoxlu sayda narkotik vasitə, 28 dəqiq tərəzi, 25 tapança, 5 tüfəng, 395 tapança və tüfəng patronu, 109 min 744 lirə ələ keçirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti