İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın tezliklə ölkəsinə səfər edəcəyini bildirib.
Sitat.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirib.
İran və Səudiyyə Ərəbistanının 7 ildən sonra yenidən diplomatik münasibətlər qurduğunu, İranın Ər-Riyaddakı səfirliyi və Ciddədəki konsulluğunun açıldığını xatırladan Kənani Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin qısa müddət ərzində açılacağını bildirib.
Seymur Bənnayev
Sitat.info
Kenani bildirib ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Ferhan “yaxın gələcəkdə” İrana səfər edəcək və ölkəsinin Tehrandakı səfirliyinin açılışında iştirak edəcək.