İsveç hökuməti 2013-cü ildə Türkiyədə narkotik cinayətlərinə görə mühakimə olunan və 5 ildir İsveçdə yaşayan şəxsin ekstradisiyasına qərar verib.
Sitat.info xəbər verir ki, İsveç dövlət televiziyası "SVT"yə danışan Ədliyyə Nazirliyinin Hüquq Komitəsinin sədri Əşrəf Əhməd: "İsveç Ali Məhkəməsi sözügedən şəxsin Türkiyəyə ekstradisiyasına iyunun 12-də qərar verdi. Hökumət də bu qərarı qüvvədə saxladı", - deyib.
"Aftonbladet" qəzetində yer alan xəbərə görə, 35 yaşlı şəxs ifadəsində terror təşkilatı PKK-ya dəstək verdiyini və Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli ünsiyyət proqramı olan "ByLock"u yüklədiyini iddia edərək Türkiyəyə ekstradisiya edilməməsini istəyib.
Ekstradisiyasına qərar verilən şəxs 2013-cü ildə Türkiyədə “içində narkotik maddə olan çanta gəzdirmək” ittihamı ilə 4 ildən artıq həbs cəzasına məhkum edilib.
Şərti azadlığa buraxıldıqdan sonra İsveçə gedən şəxs Türkiyə prokurorluğunun tələbi ilə 2022-ci ilin avqustunda bu ölkədə həbs edilib.
Seymur Bənnayev
Sitat.info